0
Yorum
2
Beğeni
5,0
Puan
1444
Okunma
Türk bayrağı, türk əskəri
Babam qoç Koroğlu, yalı, yaylağı,
Çənlibeldi dəlilərin oylağı.
Türk əskəri gəzən yerdə
Səkə bilməz namərd yağı !
Şenlik babam bal üstündə bir arı,
Şair Nəbim saz-sözün bayraqdarı.
Türk əskəri gəzən yerdə
Səkə bilməz namərd yağı !
Atatürkdən əmanətdi
Türklük rəmzi, göz dağı.
Dünya bayraqları səf–səf düzülsə,
Bayraqların baş tacıdı bayrağı !
Ağrıdağa söykənmişəm, arxalı,
Mahalım Borçalı, elim Faxralı.
Türk əskəri gəzən yerdə
Səkə bilməz namərd yağı !
Türkə asi cümlə - cahan
Qurban sizə məhmətciklər.
Türk əskəri gəzən yerdə
Səkə bilməz namərd yağı !
Canı canımdı, demişəm,
Qanı qanımdı, demişəm.
Türk əskəri gəzən yerdə
Səkə bilməz namərd yağı !
Dalğalanar dağ üstündə, zirvədə,
Kişi kimi öləndə də
Bürünər Türk bayrağına
Türk oğlu, Türk əskəri,
Ay Hüseyin Faxralı !
~~~~~~~~~~~~~~~~~~~~~~
04.02.2018 0:27
5.0
100% (2)