3
Yorum
9
Beğeni
5,0
Puan
105
Okunma
Gəzerik
Qış olanda gül - çiçəkli,
Bar - bəhrəli bostan, ləkli,
Göy çəmənli, çiyələkli,
Bağça gəzer, bar gəzerik.
Yaz olanda, gələndə May,
Kəkotulu, pürrəngi çay,
Nuş eyləyib, çəkir oxay,
Şair, meyxoş nar gəzerik.
Yay olanda yaşıl dağlar,
Gəl-gəl deyən göy yaylağlar,
Soyuq çeşmə, buz bulağlar,
Qurd düşməmiş qar gəzerik.
Əlindəydi hökm, divan,
Nə apardı, özü sultan,
Süleymana da qalmayan,
Dövlət gəzer, var gəzerik.
Danışıb, deyib - gülməyə,
Can eşidib, can verməyə,
Yatıb, qoynunda ölməyə,
Ala gözlü yar gəzerik.
Ömrümüzün xəzan çağı,
Qaynar çeşmə, göz bulağı,
Aslan oğlu, eh, uzağı,
Günü ahu - zar gəzerik.
04.09.2025 09:28
5.0
100% (2)