0
Yorum
5
Beğeni
5,0
Puan
661
Okunma
Hürriyyət
Qılıncı qanlı padşahlar,
Oyansın Süleyman şahlar,
Ərtoğrullar, nər Bamsılar,
Turqutlar, Osman qazilər,
Atatürklər, Ərdoğanlar,
Yaşasınlar, varolsunlar !
Qoy ədalət zəfər çalsın,
Türkə, Turana hürriyyət !
Başım üstə, zirvələrdə,
Hər bir kənddə, hər bir köydə,
Hər ocaqda, hər bir öydə,
Dalğalansın yerdə, göydə,
Ay-ulduzlu, al bayrağım,
Varlığımsan, cah-cəlalım,
Zər naxış, zərli sancağım,
Türkə, Turana hürriyyət !
Qara bulud şimşək çaxıb,
Uğurunda qanlar axıb,
Neçə - neçə canlar yaxıb,
Təsdiq edər tarix əlbət.
Türkün rəmzi, Türkün əzmi,
Qeyrətisən, qürurusan !
Rəbbim verib, şəxsən, rəsmi,
Türkə, Turana hürriyyət !
Kəsilməsin yarəb, dölüm,
Nəslimi şad, xoşbəxt görüm !
Çiçək açsın çəmən, çölüm,
Oxusun şeyda bülbülüm !
Düşmənimə ucuz ölüm,
Bayrağmı yüksələn görüm !
Bundan gözəl olmaz niyyət,
Türkə, Turana hürriyyət !
~~~~~~~~~~~~~~~~~~~~~~~
12.04.2022 11:14, Hüseyn Faxralı
5.0
100% (1)