3
Yorum
9
Beğeni
5,0
Puan
1087
Okunma
Azərbaycan Ordusu !
Vətənimdən yad, yağını,
Qovsun, pərən-pərən salsın !
Kəssin düşmən ayağını,
Qırsın – töksün, qisas alsın,
Azərbaycan Ordusu !
Azərbaycan bayrağını,
Qarabağda özü sancsın !
Azad etsin torpağını,
Qoy qələbə, zəfər çalsın,
Azərbaycan Ordusu !
Döyüşdə gücünü cəmlə,
Hücuma keç, eylə həmlə,
Biz sevinək qələbənlə,
Fəxr eləyir millət sənlə,
Azərbaycan Ordusu !
Arxandadı Türk qardaşım,
Qardaş ölkə - Pakistanım,
Türküstan, Təbriz, Turanım,
Sənsən şərəf, şöhrət, şanım,
Azərbaycan Ordusu !
Əmr versin Komandanım,
Marş, irəli, cum aslanım !
“Cəngi” çalsın qara sazım,
Vur, şəninə dastan yazım,
Azərbaycan Ordusu !
~~~~~~~~~~~~~~~~~~~~
27.07.2020 14:07
5.0
100% (7)