3
Yorum
1
Beğeni
5,0
Puan
1575
Okunma
Mən fərman versəydim
Kor olsun qələmi fərman yazanın,
Dünyanın pərənin qəsdən pozanın,
Sağalmaz dərdlərə dərman yazanın,
Olanlar olmuşlar, olmazdı belə.
Ay dədə dərdəcər, dəlilər, dənglər,
Soysuzlar əlində sınan nəhənglər,
Saf sular yolunda sınan səhənglər,
Dolanlar boşalıb, dolmazdı belə.
Biz bizi doğana ana deyirik,
Fəhmsiz övlada fəna demirik,
Qəddini əyməmiş qədrin bilsəydik
Bununca dərd - bəla bulmazdı belə.
Qəlbinə düşəndə xırda xal, ləkə,
Dağ boyda demirəm, olsun bir tikə,
Dünyada ah çəkə, of çəkə - çəkə
Analar saçların yolmazdı belə.
Qələmim qəm çəkər lələk yerinə,
Ürəyim dərd ələr ələk yerinə,
Mən fərman versəydim fələk yerinə
Həyatda bir gül də solmazdı belə.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
09.05.2016 11:04:15
Hələ yaşımın harası ?
“Ah”dı dilimin nidası,
Qəmdi ruhumun qidası,
Sağalmaz sinəm yarası,
Hələ yaşımın harası ?
Nəmdi gözüm, ay qadası,
Yuyulub, gedib qarası,
Qalıb qəlbimin parası,
Hələ yaşımın harası ?
Bağrım şan-şan bal arısı,
Gülün, çiçəyin sarısı,
Ötüb ömrümün yarısı,
Hələ yaşımın harası ?
~~~~~~~~~~~~~~~~~~~~~
09.05.2016 11:08:48
Qəribsər
Bağ - bağça düşəndə naşı əllərə,
Bağban da qəribsər, bağ da qəribsər.
Ağaclar baharda çiçək açsa da,
Baxımsız bağlarda bar da qəribsər.
Aranı kəsəndə alçaq təpələr,
Duman da qəribsər, dağ da qəribsər.
Xəzərdə çırpınan xırda ləpələr,
Dağların döşündə qar da qəribsər.
Gül - çiçəyi sinəsinə dərib sər,
Bəyaz sinə, dil – dodağı gülümsər,
Al – qumaş geyindir, gərdəninə sər,
Gün görməz sinədə nar da qəribsər.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
09.05.2016 11:33:26
Mən fərman versəydim
Kor olsun qələmi fərman yazanın,
Dünyanın pərənin qəsdən pozanın,
Sağalmaz dərdlərə dərman yazanın,
Olanlar olmuşlar, olmazdı belə.
Ay dədə dərdəcər, dəlilər, dənglər,
Soysuzlar əlində sınan nəhənglər,
Saf sular yolunda sınan səhənglər,
Dolanlar boşalıb, dolmazdı belə.
Biz bizi doğana ana deyirik,
Fəhmsiz övlada fəna demirik,
Qəddini əyməmiş qədrin bilsəydik
Bununca dərd - bəla bulmazdı belə.
Qəlbinə düşəndə xırda xal, ləkə,
Dağ boyda demirəm, olsun bir tikə,
Dünyada ah çəkə, of çəkə - çəkə
Analar saçların yolmazdı belə.
Qələmim qəm çəkər lələk yerinə,
Ürəyim dərd ələr ələk yerinə,
Mən fərman versəydim fələk yerinə
Həyatda bir gül də solmazdı belə.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
09.05.2016 11:04:15
Hələ yaşımın harası ?
“Ah”dı dilimin nidası,
Qəmdi ruhumun qidası,
Sağalmaz sinəm yarası,
Hələ yaşımın harası ?
Nəmdi gözüm, ay qadası,
Yuyulub, gedib qarası,
Qalıb qəlbimin parası,
Hələ yaşımın harası ?
Bağrım şan-şan bal arısı,
Gülün, çiçəyin sarısı,
Ötüb ömrümün yarısı,
Hələ yaşımın harası ?
~~~~~~~~~~~~~~~~~~~~~~~
09.05.2016 11:08:48
Qəribsər
Bağ - bağça düşəndə naşı əllərə,
Bağban da qəribsər, bağ da qəribsər.
Ağaclar baharda çiçək açsa da,
Baxımsız bağlarda bar da qəribsər.
Aranı kəsəndə alçaq təpələr,
Duman da qəribsər, dağ da qəribsər.
Xəzərdə çırpınan xırda ləpələr,
Dağların döşündə qar da qəribsər.
Gül - çiçəyi sinəsinə dərib sər,
Bəyaz sinə, dil – dodağı gülümsər,
Al – qumaş geyindir, gərdəninə sər,
Gün görməz sinədə nar da qəribsər.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
09.05.2016 11:33:26
5.0
100% (1)