0
Yorum
1
Beğeni
0,0
Puan
1235
Okunma
Türkiyəmdə qalxdı qiyam
Anlaşılmır, anlamıram,
Ağlın harda, başsız bədən,
Axı niyə, söylə nədən
Baş qaldırdı ah bu qiyam ?!
Bacarmıram, heç bilmirəm,
Necə yazam, necə deyəm,
Öz başımı kəsdi tiyəm,
Baş qaldırdı ah bu qiyam !
O gecə qram–qram, kiloqram
Qurğuşun yedi Türkiyəm.
Barıt qoxulu bəs nədən
Baş qaldırdı ah bu qiyam ?!
Yelmi əsdi, qozmu düşdü
Qarğaların dimdiyindən ?
Tufan qalxdı, tozmu düşdü,
Baş qaldırdı ah bu qiyam ?!
15 iyulda de nədən
Nə keçdi türkün sərindən,
Ordu oynadı yerindən,
Baş qaldırdı ah bu qiyam ?!
Şəhid oldu məhmədciklər,
Vaya döndü toy - düyünlər,
Yas saxladı gəlinciklər,
Baş qaldırdı ah bu qiyam !
Çevrilişə əbəs cəhddi,
Cəhd eləyən ən əbləhdi,
Aşdı həddi, keçdi səddi,
Baş qaldırdı ah bu qiyam !
İy gəlir işin içindən,
Sümüyündən, iliyindən,
Çinlilərin çiyliyindən
Baş qaldırdı ah bu qiyam !
~~~~~~~~~~~~~~~~~~~~~~~~
15.07.2016