Türkəm
Türkəm
Təmkinimlə, təməlimlə, Xoşməramlı əməlimlə, Qılıncımla, qələmimlə Canlı tarix yazan Türkəm! *** Qan – qadayla dolu tarix, Qırılsaq da, qaldıq, varıq, Qarı düşmən, gəlmə sarıq, Qanlı tarix yazan Türkəm! *** Diri ikən ölmüş sağın, Yaman, yaramaz, yaltağın, Qudurmuşun, qurumsağın Quyusunu qazan Türkəm! *** Qaynar nədi, bürkü nədi? Qorxu nədi, hürkü nədi? Qoşun qat-qat, cərgə səf-səf, Pərənini pozan Türkəm! *** Dağ tamaşa, bağ tamaşa, Dünya tilsim başdan-başa, Əfv et Tanrım, səndən haşa, Yuxuları yozan Türkəm! *** Min əlim var, min qolum var, Quran haqdı, haqq yolum var, Bəşər oğlu, bir yolum var, Yaradanam, quran Türkəm! *** Qoç Koroğlu, Eyvaz, Bolu, Dəli Həsən dəli – dolu, Babəkin bükülməz qolu, O mərdləri doğan Türkəm! *** Gəlin məndən xəbər alın, Onu görməz gönü qalın, Türk olarmı əli yalın? Qalaları yapan Türkəm! *** Tariximə nəzər salın, Nizamiyəm, Füzuliyəm, Naxış, ilmə zər, ziliyəm, Söz dünyası zinət Türkəm! *** Ulularım, Uzun Həsən, Atillayam, asan-kəsən, Tomris anam, Nüşabəyəm, Nümunəyəm, ulu Türkəm! *** Qolça qopuz, sonam sazım, Sənsən qışım, bahar, yazım, Haqlı mənəm, haqdı yazım, Dədəm Qorqud – Ozan Türkəm! ~~~~~~~~~~~~~~~~~~~~~~~ 09.04.2011ci il, 17:16:54 Laylamı çalsın Yatan vaxtı qoy laylamı Layiqincə al lalələr, Şərbət çeşmə, şəlalər, Allı-güllü dağlar çalsın! *** Meşələrin sərin mehi, Çəmənlərin şəbnəm, şehi, Sünbüllü yaşıl zəmilər, Gül, bülbüllü bağlar çalsın! *** Leylilərdə vəfa yoxdu, Məcnunlarda cəfa çoxdu, Çəkdiyim eh, ahdı, ufdu, “Urfanı”nı ustad çalsın! *** Qopsun tufan, qasırğalar, Oynasın əl, qol, sırğalar, Ağrım çoxdu, ay ağalar, Qara zurna cəngi çalsın! *** Bulanmasın bulaxlar da, Səsi - küyü qulaxlarda, Qoy gözləsin Əzrayıl da, Onnan sonra canım alsın! *** Almağ üşün quru canı, Axıtmağa nahaq qanı, Qoy yağlasın qırmancını, Qılıncını Fələk çalsın! *** Cuşə gəlib yenə qələm, Ərşə qalxıb əşi ələm, Başdan-başa dərdi-sərəm, Çəkinməsin, sərbəst çalsın! *** Ey Səngərli, səbr səndə, Nələr var, nələr sinəndə, Bir ürək mələr sinəndə, De laylanı mələk çalsın! ~~~~~~~~~~~~~~~~~~~~ 10.04.2011-ci il, 15:16:21 Hayıf Gülüstanda qönçə açdı, gül oldu, Eşq ucundan Kərəm yandı kül oldu, Keşiş əngəl, müxtəsər müşkül oldu, Yandıran da hayıf, yanan da hayıf. *** Kal kalamı dinləməyə halım yox, Gözünə qatmağa babam, balım yox, Əldən gedif Ələsgərim, Alım yox, Köçüf gedən ustadlara min hayıf. *** Talan olar, Tanrı qırsa qələmi, Başdan aşar dərdi, qəmi, ələmi, Meh əsməsə meyl salar teləmi? Miskin duran mizrab hayıf, tel hayıf. *** Qədrini bilməyən namərd, nadürüst, Onnan eydi elə heykəl, bürünc büst, Yetişdirsə əzgin-üzgün, süzgün, süst, O kənd-kəsəy, oba, oymağ, el hayıf. *** Səngərlinin bir özgədi baxışı, Əgər yoxsa min ilməsi, naxışı, Yanmıyıf yazmaxdan yazmamax yaxşı, Kağız da hayıfdı, qələm də hayıf. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 25.03.2011-ci il, 11:43:52 |
Gülüstanda qönçə açdı, gül oldu,
Eşq ucundan Kərəm yandı kül oldu,
Keşiş əngəl, müxtəsər müşkül oldu,
Yandıran da hayıf, yanan da hayıf.
***
Kal kalamaı dinləməyə halım yox,
Gözünə qatmağa babam, balım yox,
Əldən gedif Ələsgərim, Alım yox,
Köçüf gedən ustadlara min hayıf.
***
Talan olar, Tanrı qırsa qələmi,
Başdan aşar dərdi, qəmi, ələmi,
Meh əsməsə meyl salar teləmi?
Miskin duran mizrab hayıf, tel hayıf.
***
Qədrini bilməyən namərd, nadürüst,
Onnan eydi elə heykəl, bürünc büst,
Yetişdirsə əzgin-üzgün, süzgün, süst,
O kənd-kəsəy, oba, oymağ, el hayıf.
***
Səngərlinin bir özgədi baxışı,
Əgər yoxsa min ilməsi, naxışı,
Yanmıyıf yazmaxdan yazmamax yaxşı,
Kağız da hayıfdı, qələm də hayıf.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
25.03.2011-ci il, 11:43:52
Şiirinizi kutlarım.Yunus diyarından selamlar.