9
Yorum
0
Beğeni
4,8
Puan
1084
Okunma

Dünyanın ən şirin hissidir
özünü aldatmaq.
Daha doğrusu ilk dəqiqələrdə şirindi,
sonrası zəhərdi.
Bəzi dərmanlar kimi.
Hər gecə
yatarkən səhər oyanmağına inanaraq
özünü aldatmaq
beləcə yalanla yatmaq
və
hər səhər
başının üzərində asılmış
bütöv Azərbaycanın sənin olmasına inanmaq,
beləcə gününü yalanla başlamaq.
Cəzalandırılmış əraziləri azad etmək....
heç olmasa bir dəfə
bircə dəfə qəhrəmanlıq etməyinə,
qadağaları pozmağına inanmaq.
Məntiqsiz sözlərə, boş vədlərə....
aldanmaq.
Yalanlarla qidalanmaq
beləcə hər gün, bir az da
zəhərlənmək,
bir az da özgələşmək....
... Yalandan
gözəl bir ümid biçmək.
və
ən ucuz qiymətə satmaq....
Beləcə ümidlə yaşamaq....
5.0
75% (3)
4.0
25% (1)