8
Yorum
0
Beğeni
5,0
Puan
1347
Okunma
Gecələr
əlimin içinə tələsik yazdığım,
səhərlər
suyun yuyub apardığı,
yazılar kimi
sən də silindin həyatımdan.
Səndən qalan xatirələrsə
gecə lampa işığında
çarpayıma dəyən qələm izləri kimi
pərakəndə,
anlaşılmaz
solğun
olaraq qaldı.
Yusam da getmir xatirələrin.
Nədənsə xöşbəxtliyin hərarətini
duydum bu xatirələrdə.
Amma
mən xöşbəxt olmaq üçün
sevməmişdim səni.
0nsusuz da biz insanlar bədbəxtik.
Çünki
kim bu dünyaya gəlirsə
O “Yer” adlı yumru bir oyuncağın içində
fırlanmağa,
bəzən çirkaba batmağa,
bəzən ani xöşbəxtliyə əyilməyə
bəzən də sadəcə susmağa
məhkumdur,
istəsə də, istəməsə də.
Bütün bunlar, hələ nələr, nələr
hamısı unudulur tezliklə.
Amma
kim deyir ki, mən səni unutmuşam?
“unutmaq” elə “unutmamaq” deməkdi.
Çünki unutmaq istədiyin
kimi isə
nəyi isə
daha çox xatırlayırsan.
5.0
100% (4)