3
Yorum
0
Beğeni
5,0
Puan
1358
Okunma

Asacağam özümü
rəqəmlər üzərində
rəqs edən
dəqiqələri
yaradan, böyüdən
onları saatlara pay verən
dünyanın ən azad dəyərindən-saniyə əqrəbindən.
Axır ki, dayansın!
Axır ki, məğlub olsun mənə...
Bir azca da dincəlsin.
Himn oxusun mənə,
azadlıq himnini.
Ruhumdan qopan bağırtıdan,
qırılsın
bütün zəncirlər, qəfəslər
Azadlığa çıxsın
bütün beyinlər, vicdanlar, ürəklər....
Bağırtımdan parcalansın
qəbirlər!
Azad olsun azad olmağa layiqlər.
Şər xeyrə,
yaxşı pisə,
mələk şeytana....
qalib gəlsin....
Cılğın, azad külək
alsın aparsın cəsədimlə ruhumu
sonsuzluğa....
Saniyə əqrəbi də davam etsin öz yoluna....
5.0
100% (1)