7
Yorum
0
Beğeni
5,0
Puan
1583
Okunma

Sən
bir yığın çiliklənmiş
yarımçıq
cümləsən.
Nə bitirmək
nə də birləşdirmək
keçir könlümdən....
Sən
uzun saclarımda dolaşıb qalmış
bir ovuc baxışsan.
Artıq saclarımı kəsmişəm...
Sən
dodaqlarımdan
qopub düşən
təbəssüm parçalarısan.
Paylamışam səni
parca-parca
tez-tez qarşımı kəsən
donuq gözlü
dilənçilərə...
İndi nə var olmağa hazırsan,
nə də yox olmağa qovuşmusan.
Sadəcə
çox uzaqlarda,
sonsuzluqda
üfüqün dənizə birləşdiyi yerdəsən....
5.0
100% (4)