0
Yorum
1
Beğeni
0,0
Puan
87
Okunma
Bu nədir hər yerdə çıkar önümə
Dünyada var, qəbirdə var, sonda var
Qaradan bir çarşaf çəkir günümə
Sanki hər kabusun rəngi onda var
Arzular, istəklər, düşlər cənnətim
İçsəm şərbəttinnən olar minnətim
Dönər üzərimə çökər cinnətim
Cinlər kimi min bir cürə donda var
Bu necə mehnətdir, çəkdim ahəstə
Ruhum dəlik-deşik, vicdanım xəstə
Tək vicdanım çəksə gözlərim üstə
Ürəkdə var, bədəndə var, canda var
Fikir çəkmək necə böyük işkəncə
Həyat-məyat deməz gətirər təngə
Sıkar səni bakmaz yaşa gəlincə
Doksanda var, əllidə var, onda var
Sinsi ilan kimi dələr beynimi
Sağ ikən kəfənə sarar əynimi
Pozar əhvalımı, pozar eynimi
Damarımda dövr eyləyən qanda var
İçdim zəhərini dönsəm ha yana
Çətin məni nə eşidə, nə qana
Sülük kimi yapışıqdı zamana
Çarəsi yok istədiyin anda var