1
Yorum
3
Beğeni
0,0
Puan
307
Okunma
Yenə başlar qəlbimdə
Nəsə şəkillənməyə,
Səkinələr enməyə.
Sevgindən dilənməyə,
Əlimə möhtacam mən.
Səkinə dal-dalınca
Yanıma alçalınca
Qoy sənə açılınca
Əllərim gül qohusun
Gülümə möhtacam mən
Səni hər gün anaram
Tək sevgilim sanaram
Ona görə yanaram
Sənə ərz etmək üçün
Külümə möhtacam mən
Cürə cürə yollar var
Yol var fəraha çıkar
Yol var evini yıkar
Məni sənə aparan
Yoluma möhtacam mən
Qayrilərdən qayriyəm
Qoyma sənsiz səyriyəm
Bir ömürdü ayrıyam
Sənə qovuşmağımçün
Ölümə möhtacam mən