4
Yorum
6
Beğeni
5,0
Puan
702
Okunma
Dedilər sən də yaz görək,
Mən o şeiri yazammıram.
Şair alnı bəyaz gərək,
Mən o şeiri yazammıram.
Verib qələm-kağız mənə,
Açmasınlar ağız mənə,
Sərf eləmir bu cız mənə,
Mən o şeiri yazammıram.
Oxunmamış qatlanacaq,
Xələt alıb qutlanacaq,
Könlüm nədən atlanacaq,
Mən o şeiri yazammıram.
İstədim ki,cəhd eləyim,
Peyman edim,əhd eləyim,
Dedilər ki,mədh eləyim...
Mən o şeiri yazmmıram.
Doğulandan daş ayaq mən,
İşi tamam baş-ayaq mən,
Qoyun adam yaşayaq!
Mən,
Mən o şeiri yazammıram.
5.0
100% (4)