0
Yorum
6
Beğeni
5,0
Puan
760
Okunma
Sənsiz açılacaq bir gün bu sabah,
Sənsiz isladacaq şeh ayaqları.
Sənsiz pəncərəni vuracaq külək,
Sənsiz qucuyacaq meh ayaqları.
Bir az yazlaşacaq havanın rəngi,
Bir az da payızdan qoxu gələcək.
Başının altında sükut yastığı,
Sabahın gözünə yuxu gedəcək.
Günəşi doğacaq sənsiz bu evin,
Sərəcək sıcağın yaza bürünüb.
Al çiçək açacaq işıqlar sənsiz,
İşıqlar solacaq toza bürünüb.
Daha açmayacaq sənin əllərin,
Qapın açılacaq öyünə sənsiz.
Kimsə yazmayacaq dəvət adına,
Bir qadın gedəcək düyünə sənsiz.
Kimsə almayacaq xəbəri səndən,
Arayıb dostunu- yadını sənin.
Səndən gəlməyəcək mesajlar daha,
Dostların siləcək adını sənən...
Hər gün o it var ya,əppək atdığın,
Qaşına- aaşına qalacaq sənsiz.
Daşlar duymayacaq səni bir daha,
Sokaklar başına qalacaq sənsiz.
Sən yoxsan...
Duyacaq sol yanındakı,
Mitili yığılmış yataq duyacaq.
Soyuq camlarına barmaqlarınla
Hovurub yazdığın otaq duyacaq.
Sinəcək dağların yaxın döşünə,
Nə səda qalacaq,nə səs qalacaq.
Yer yerdən,göy göydən-
Sənə yadigar,
Alıb vermədiyin nəfəs qalacaq.
Sənsiz açılacaq bir gün bu sabah...
5.0
100% (3)