3
Yorum
10
Beğeni
5,0
Puan
733
Okunma
Başsız bədənə söylə görüm can nəyə lazım,
Göz görməsə, qəlb sevməsə canan nəyə lazım?
Ol mehmanı ki qəbul edən xanəsi yoxdur,
O xərabət , sökülən guşəyə mehman nəyə lazım?
Bir könül ki virandır və
sevdadan uzaqdır,
Viran könülə şah ilə sultan nəyə lazım?
Kim qərq elədi karvanı səhrada qum altda,
Səncə gömülən karvana sarvan nəyə lazlm?
Məcnuna dönüb səhrada dərman arayanlar,
Bimardısa, naçardısa dərman nəyə lazım?
Zülfüqar, sən də bilirsən ki bunun inkarı yoxdur,
Qəlbində iman olmayan insan nəyə lazım?
Fərid Muradzadə
28.12.2018
5.0
100% (6)