0
Yorum
3
Beğeni
5,0
Puan
613
Okunma
Həyatdı,axır gedir,
İnsanlar çökür qalır.
Şəkil boz,şəkil əski,
Daşlara çəkir qalır.
İstəklər arac olur,
Böyüsün,əlac olur,
Oğullar ağac olur,
Babalar əkir qalır.
Bir çiçək bəhər ölür,
Bir dəri yəhər ölür,
Atları kəhər ölür,
Ayağı səkir qalır.
Əllər haqda qalınca,
Baxtabaxta qalınca,
Umud taxta qalınca,
Fağırlar fakir qalır.
*
5.0
100% (3)