0
Yorum
6
Beğeni
5,0
Puan
975
Okunma
Yapacağım hələ var,
Xatam burda dayanmır.
Gözlədiyin o qatar
Atam,burda dayanmır.
Yel əsir burdan keçir,
Tələsir burdan keçir,
Ya kəsir burdan keçir,
Ya tam burda dayanmır.
Şansın qıl qədər burda,
Səfil,dərbədər burda,
Hələ çox kədər burda,
Matəm burda dayanmır.
Daşı daşım üstünə,
Gözüm-qaşım üstünə,
Demə başım üstünə,
Vətən burda dayanmır.
*
5.0
100% (5)