0
Yorum
3
Beğeni
5,0
Puan
754
Okunma
Sən bir qovaq
ağacısan,təkayaqlı,
ayağını mişarlayırlar,
əlvan bir quşun
ətcə balalarına görə,
koğuşunda saxlarsan
anandan,
anansa elə həmin
qadındır,
adam qadın.
Gün doğur...
Səni savaşa çağırırlar,
sənsə qovaqsan,
qovaq adam,
amma duyursan ki...
Duyursankı bu
"Qarabağ şikəstəsi"dir.
Dolu yağır,güllə dolusu,
sinəndə kiçicik dəliklər,
ayaqlarına axan
dümağ qan...
Üstünə bayraq şəkli
çəkirlər,
şəhid olursan,amma
ölmürsən...
Savaşırkən yalnız yuxuda
ölmürlər...
5.0
100% (1)