1
Yorum
5
Beğeni
5,0
Puan
627
Okunma
BİR YARPAQ ÖLƏCƏK QƏRİB BU AXŞAM
---
Bir ağac öləcək hüzün əlində,
Saçını torpağa sərib bu axşam.
Bir yarpaq düşəcək yuat yerinə,
Bir yarpaq öləcək qərib bu axşam.
--
Bir əl göz qoyacaq barmaqlarına,
Bir dodaq qoxusu boya öləcək.
Bir oğlan çağının bitəcək vaxtı,
Bir qızın üzündə həya öləcək.
--
Ağ cəsəd qalacaq o hörüklərdən,
Necə can almışdı,o can verəcək.
Qu yastıq üstünə pərişan düşüb
Bir teli sığala qurban verəcək.
--
Sükut soyunacaq işıq donunu,
Sükut soyunacaq ehtiraslarıa.
Bir yağmur yağacaq yorğan altına,
Bir yorğan öləcək üzü divara.
--
Təsəlli qoynunda umud öləcək,
Ondan son çiçəyi dərib bu axşam.
Bir yarpaq düşəcək ayıb yerindən,
Bir yarpaq öləcək qərib bu axşam...
---
5.0
100% (3)