2
Yorum
6
Beğeni
5,0
Puan
708
Okunma
Araqçınım yan qoydum,
Palçığında can qoydum,
Topaladım xan qoydum,
Evi köndələn dünya...
Ulduz Talıb haqqını,
Göydən salıb haqqını...
Diri alıb haqqını
Ölü göndərən dünya.
Qaramı yu nəsildən,
Bu topraq,su nəsildən,
Qalmadı bu nəsildən
Başı dingələn,dünya.
Aşma,dəngəni düzəlt,
Tini-tingəni düzəlt,
Bir az döngəni düzəlt!
Bir az döngələn,dünya.
Vəri tut,pəri çevir,
Karvanı,nəri çevir,
Üzünü bəri çevir,
Bəri dön,gələn dünya.
5.0
100% (4)