2
Yorum
5
Beğeni
5,0
Puan
1180
Okunma
O QAPINI AÇMA...
Nə pis gəlir,yaman gəlir il ildən,
Qısır qalır nar ağacı görürəm.
Bu da mənə anlamağın xeyri,
Yuxumda da dar ağacı görürəm.
Qisasımı qiyamətə saxladım...
Qara günün ağ tərəfi nerde eyyy...
Tapammıram dirəməyə arxamı,
Dirəyəsi dağ tərəfi nerde eyyy...
Yum gözünü,aç gözünü...Sonra da
Təəssüf et almadığın istəyə.
Tanrı belə məhəl qoymur,əzizim,
Büdcəsinə salmadığın istəyə.
Kefinə bax,həyat böylə...Ya gəldi,
Ya gəlmədi,Tanrıya da vız gəlir.
Şükr eləsən görərsən ki,yataqda
Əlli ilin qarısı da qız gəlir.
O il gedir,bu il gəlir...Pis gəlir,
Qısır qalır nar ağacı,söyləmə!
Qatığı ağ anlamısan?Anlama!
Yaxındadı dar ağacı,söyləmə!
Ay allahın mən adamı,şükr elə,
Gözlərini verdiyi o küt tutar.
Bu dünyada bir qapı var,kağızdan...
O qapını açma,səni it tutar!
...
Və söyləmə,nə pis gəlir il ildən...!
*
pis- kötü
il - yıl
istəyə (istək) - arzuya
küt - köpek yemi
it tutar - it kapar
5.0
100% (4)