1
Yorum
5
Beğeni
5,0
Puan
877
Okunma
Mən bir adamsız qərib,
Gəlsəm sevərsənmi,qız?
Bəlkə,xəbər göndərib
gəlsəm,
Sevərsən mi,qız?
Canım çəkər bal kimi,
Yaşıl üstdən al kimi,
Ya gəlsəm xəyal kimi?...
Gəlsəm sevərsən mi,qız?
Mən sənə həmdəm belə,
Yön belə,yöndəm belə,
Gələrsəm dəm-dəm belə,
Gəlsəm sevərsən mi,qız?
Ya bahar,ya yaz dönsəm,
Sırsıra,ayaz dönsəm,
Saçımda bəyaz dönsəm
Gəlsəm,sevərsən mi,qız?
*
5.0
100% (3)