1
Yorum
4
Beğeni
5,0
Puan
662
Okunma
Mən budaq dəymə,yaşıl,
Oynama qız,oynama.
Al üstdən geymə yaşıl,
Oynama qız,oynama.
Ağ əndam,ağ geyin gəl,
Uzun ətək əyin gəl,
Bu özgə bir düyün gəl,
Oynama qız,oynama.
Yuyaram ara sərrəm,
Ara yu,ara sərrəm,
Ağ yuyub qara sərrəm,
Oynama qız,oynama.
Bu yer nənəm üstüdü,
Bircə dənəm üstüdü,
Etmə,sinəm üstüdü,
Oynama qız,oynama.
Hər kəsin öz uzağı,
Göz yolu,göz uzağı,
Ay qalar,döz,uzağı,
Oynama qız,oynama.
Görəm ölüb,oynama,
Vərəm ölüb,oynama,
Kərəm ölüb,oynama,
Oynama qız,oynama.
Bulud doluruq hələ,
Çiçək soluruq hələ,
Şəhid oluruq hələ...
Oynama qız,oynama.
*
5.0
100% (5)