3
Yorum
7
Beğeni
5,0
Puan
737
Okunma
Sən başqa sayaqsan,mən başqa sayaq,
İkimiz bir sayaq nə gözəl olar.
Qırmızı geyisən yaxası açıq,
Mənim köynəyim ağ,nə gözəl olar.
Özün demədin ki...
Mən dedim sənə,
Dedin ki,gecələr zəng edim sənə,
Sənə ayıb olar,mən gedim sənə,
Sən oyaq,mən oyaq...
Nə gözəl olar.
Çevir yastığını yuxuna gəlim,
Yuxundan sürüşüm yaxana gəlim,
Bir dodaq öpüşü yaxına gəlim,
Öpüşək uyuyaq,nə gözəl olar.
Büküb göy əsgiyə,bələyə bizi,
Bu eşq elə saldı kələyə bizi...
Dədəm elçi gedə,eləyə bizi
İki baş dörd ayaq,nə gözəl olar.
Mən ki unutmuram,yadımdan çıxır,
Ağzımdan çıxanlar dadımdan çıxır,
Adının mənası adımdan çıxır,
Bəlkə nöqtə qoyaq?
Nə gözəl olar!
*
5.0
100% (6)