2
Yorum
8
Beğeni
4,8
Puan
912
Okunma
Sizin bildiyiniz o şeylər ki,var
Bizim bildiyimiz o şeydən deyil.
İnsanlıq ilbəil kirlənib gedir...
O mən sən deyiləm-
uzunsov,köntöy.
Yanımı vermişəm toprağa peşkəş,
arxın tirəsində balıq tuturam,
bəlkə də axmazın sol qırağında.
Bir qoca dilənir yol qırağında.
Mən isə o suyun kol qırağında...
tanrı dilənirəm,
tutduğum balığa xalıq düzəldim.
Balıq bilməyəndə qoy xalıq bilsin.
Həəə,bir də bizim fahişələr var,
fahişə xanımlar...
onlara bir saray ucalda bilsəm,
içində fahişə qanunlarıyla,
həm də adlarına fahişə desəm
məni tutmasınlar.
Qanunlar insanı tutmaq üçünsə
məni tuturlarsa kirvə tutsunlar.
Dünya düz başından elə beləymiş-
itlər sahibindən tez oyanarlar,
mən də tanrımdan...
5.0
80% (4)
4.0
20% (1)