5
Yorum
10
Beğeni
5,0
Puan
1299
Okunma
Durmur yağır,hey yağır...
Yağan nə var tanışdır.
Üzü tanış lopalar,
Bu qar mənə tanışdır.
Çiynindəki çanta o.
Həmin siyah manto.O.
Həp durduğu yanda o...
Divar mənə tanışdır.
Yanağı qan,hil qoxur,
Dodaq qoxur,dil qoxur.
Ya bu qızılgül qoxu,
Ya xar mənə tanışdır.
Duppaduru su gözlər,
Tök içimi yu gözlər,
Sərxoş kimi bu gözlər,
Xumar mənə tanışdır.
Yazma qumaşlar tanış,
Hörü,qulaclar tanış,
Tanış bu saçlar tanış,
Tumar mənə tanışdır...
Bu qız mənə tanışdır...
*
5.0
100% (7)