2
Yorum
4
Beğeni
5,0
Puan
1193
Okunma
Üzün düşərli olsun,
Yuxuma girdin,ata.
Günün altında durma
Vurar,deyirdin,ata.
İnanmıram,atacan
Bir də günümüz olsun.
Qoy vurur vursun,təki
Yerdə günümüz olsun.
Sən yoxuydun,gəldilər
Bizim vəri aldılar.
Ağacları kəsdilər,
Kölgələri aldılar.
Nə göylərdə quş qalıb,
Nə çaylarda balıq var.
Nə qarmağım tutası,
Nə biləsi xalıq var...
Mənim yuxum bərk olur,
Yatam,kal ayılmaram.
Çıxma yuxumdan,hələ
Bir az qal,ayılmaram.
Qal bir az da.Dərdləşək.
Danışım,anla məni.
Bacadan yağış damır,
İstəsən danla məni.
Nəvələrin gəlmişdi.
Elə bu yaz.Yaxında.
Həmzə uzaqlardadır,
Gülgün bir az yaxında.
Elə xatırlayırlar...
Elə baba deyirlər.
Səni çox istəyirmiş
Bu el-oba deyirlər...
Axtardım şəkilləri,
Kağıza çəklin yoxmuş.
Asam divardan,ata,
Anamla şəklin yoxmuş.
Gedim Quran oxudum.
Haqdan rəhmət olarsa...
Gəlmə yuxuma tez-tez
Əgər zəhmət olarsa...
5.0
100% (2)