2
Yorum
2
Beğeni
5,0
Puan
768
Okunma
" " "
Nə qoyum adını bu keçmə-keçim...
Bu başın-əyinin qolları olmur.
Bir dəli köynəyi geydirib mənə,
Dəli köynəyinin qolları olmur.
"
Elə o atəşəm,elə o ocaq,
Sadəcə külümə odum qarışıb.
Çanaq aramayın antenlərimə,
Dalğalar içində kodum qarışıb.
"
Özgürəm,azadam qənaətimdə,
Sədamı-səsimi atıb başıma.
Bu ağıl artıqmı,əskikmi,bilməm,
Amma,paşa-paşa yatıb başıma.
"
Elə mutluyam ki,ruhun kefindən...
Nitsşe tək,Van Qoq tək...
Kral Lir kimi.
Divarda İsanın şəklinə baxıb
Nağıla dönmüşəm...
Əsatir kimi
"
Hər əsr,hər fəsil,hər həftə,hər gün
Yalan uydururam dəli başıma.
Ən böyük mutluluq dəli yaşamaq.
Belə dəlilərin əli başıma...
"
Kim iman dəlişi Tanrıya sirdaş,
Mən ağıl dəlisi Tanrıdan qaçaq.
Qoxumuş palçığı Tanrıdan çalıb,
Tanrıya dönəcəm...
Tanrıya ancaq.
" " "
5.0
100% (2)