2
Yorum
4
Beğeni
5,0
Puan
701
Okunma
*
""
Gəl dua eyləyim,baxt açım sənə,
könlün sərxoş olsun,ruhun xoş olsun.
Gəl qoşa yastığa taxt açım sənə,
könlün sərxoş olsun,ruhun xoş olsun.
"
Sorgunan bu ömrü necə keçirim,
səninlə bir yerdə keçə,keçirim,
istərsən qoynunda gecə keçirim,
könlün sərxoş olsun,ruhun xoş olsun.
"
Gül əkim bağçamda yasəmən səni,
sis qonum,bürüyüm duman-çən səni,
necə əzizləyim,axı mən səni
könlün sərxoş olsun,ruhun xoş olsun.
"
Başında incəbel qırx kəniz mənim,
mən rüzgar qıyında, sən dəniz mənim,
öpüm,o al yanaq,ay bəniz mənim...
Könlün sərxoş olsun,ruhun xoş olsun.
"
Min xəyal qururam mən anlarıma,
guya səninləyəm-gümanlarıma,
necə inandırım yalanlarıma
könlün sərxoş olsun,ruhun xoş olsun.
"
Hələ yanındayam son bahar gülüm,
on ilim, bəlkə də on,bahar gülüm,
buzam,gəl qucaqla,don,bahar gülüm,
könlün sərxoş olsun,ruhun xoş olsun.
""
5.0
100% (4)