1
Yorum
1
Beğeni
5,0
Puan
505
Okunma
*
"""
Gəlsənə,il dolanır,
ötür,başına dönüm.
Bari eylə bir hörmət,
xətir, başına dönüm.
"
Yazım,sətir-sətir gəl,
içində gül,ətir gəl,
al yazmanı gətir gəl,
gətir,başına dönüm.
"
Gətir gəl dəni yerdən,
çıxar səməni yerdən,
ölmüşəm,məni yerdən
götür başına dönüm.
"
Mən adam kül başına,
iş açan dil başına,
ay sənin gül başına,
çətir başına dönüm.
"
Taleyim,baxtım mı,bu,
yıxılır,taxtım mı,bu,
bu mənim vaxtım mı bu,
bitir,başına dönüm.
"""
5.0
100% (1)