3
Yorum
2
Beğeni
5,0
Puan
590
Okunma
Papaq səni haram bildim başıma,
Bu torpağı bu baş qoydu viranə.
Bu baş ilə su qatdılar aşıma,
Kim deyir ki,savaş qoydu viranə.
Bu baş getdi quş gətirə,olmadı,
Atdığını tuş gətirə,olmadı,
Göz apardı yaş gətirə,olmadı,
Bu göz qoydu,bu yaş qoydu viranə.
Yalan gerçək nağlımdakı sonrakı,
Boxçamdakı,bağlımdakı sonrakı,
Kaş ki,dedim ağlımdakı sonrakı,
Eləmədim,o kaş qoydu viranə.
A baxtımın kələkötür zamanı,
Heç olmadı gətir-götür zamanın,
Qadaları ötür-ötür zamanı,
Məndən ötən o daş qoydu viranə,
Dəydi sənə qardaş,qoydu viranə.
V.S.E.
5.0
100% (1)