2
Yorum
1
Beğeni
0,0
Puan
801
Okunma
...
Bir tabutu da
yola saldıq,
geri dönməyənlərin
getdiyi yerə...
üç çocuq buraxdı
Tanrıya əmanət,
babası da ölürkən
Tanrıya əmanət
demişdi onu,
amma olmadı.
Tanrı əmanət saxlamaz kı!
Üç çocuq qaldı
bir ana umuduna...
Onunsa
bir cüt dən düşmüş
hörükləri,
bir cüt inəyi,
və öddaşından
qeyri bir də
umudsuzluğu vardı...
Çiskin yağmur
düşürdü ölünün
süslənməmiş xalısına
və qapı önündə
ayaqsız qalmış
köhnə qaloşlarına.
Tabutdan ötə
səflərə yağırdı,
onların dualarına,
hüznlərinə,ağularına,
paslı darvazanın
son dəfə tutduğu
dəstəyinə yağirdı...
Əsl ölü yağmuruydu
bu çiskin.
Yağırdı...
Gözlərdə yaş vardı,
hər kəs özünü
ağlayırdı tabut önündə,
içinə ağlayırdı hər kəs...
Təkcə kiçicik
qız çocuğu ağlamırdı,
ölünün çocuğu,
ölümün özünü
hələ anlatmadığı
o məsum yavru.
Babasız zor
olurmuş,
bir gün anlayacaqsan.
Əmin cehiz taxtını,
dayın taxta-tuxtananı
alanda anlayacaqsan,
səni lampanın
başına fırladacaq
kimsə olmayanda
anlayacaqsan,
babasızlığı və
ölümü anlayacaqsan!
Və xatırlayacaqsan ki...
o gün çiskin yağırdı.
Deyirlər hələ
üç gün yağacaq...
...