1
Yorum
2
Beğeni
5,0
Puan
804
Okunma
Mən ki,toxunmuram İsa sirrinə,
toxunma ilahi,toxunma mənə.
Musanın əlində əsa sirrinə,
toxunma ilahi,toxunma mənə.
Boşuna şükrümü xərc eləmirəm,
qədərdi,qismətdi mərc eləmirəm,
deyirsən yazıram,dərc eləmirəm,
toxunma ilahi,toxunma mənə.
Kəsib sözlərimi yağla balla sən,
hara aparırsan bu minvalla sən,
məni kəndirinlə göydən salla sən,
toxunma ilahi,toxunma mənə.
Yarımdı o mənim,günah yarımdı,
varım da,yoxum da günah varımdı,
sənin həqiqətin günahlarımdı,
toxunma ilahi,toxunma mənə.
*
Bazarı yoxuykən zər baha gəlməz,
axşama gəlməyən sabaha gəlməz,
məndən bu dünyaya bir daha gəlməz,
toxunma ilahi,toxunma mənə.
5.0
100% (1)