1
Yorum
2
Beğeni
5,0
Puan
773
Okunma
Qəhrəmansan deyib də
məni tovlama.
Zatən məndən
başqa uğrunda öləcək
kimsən yoxundur,
Vətən!
Bir adam boyu
topraq verəcəksən
sonunda,
üstündə də quzeyi
mamır bağlamış daş,
üçcə gün yoxluğuma
ağlayan gözlər...
və qüruba qaçan
Günəş-
məni isitməyəcək
qədər soyuq.
Yenə də olsun!
Ölmədən uğrunda
qazi olacağam mən,
şəhid yox!
Sənin naminə!
Kimlik pasaportundan
qeyri bir şeyi
olmayanların
hər şeyisən,Vətən!
<>*
5.0
100% (1)