1
Yorum
3
Beğeni
5,0
Puan
979
Okunma
Özüm öz canıma fədam oluram,
Ölürəm təzədən adam oluram,
Gündə neçə dəfə e’dam oluram,
Dünyanı belənçik,belə görəndə.
Ağıldan dəm vurur taxtalar mənə,
Bəzəklə altında saxtalar mənə,
Yüz dəfa vız gəlir şaxtalar mənə,
Dünyanı belənçik,belə görəndə.
Kasalar dibində doymağa ayran,
Bölünür üsküyə,oymağa ayran,
Qarışır ağlımda qaymağa ayran,
Dünyanı belənçik,belə görəndə.
Ulğaşıb millətin başı yeməyə,
Toprağı yeməyə,daşı yeməyə,
Qorxuram özümə kişi deməyə,
Dünyanı belənçik,belə görəndə.
<>
5.0
100% (2)