2
Yorum
2
Beğeni
5,0
Puan
1180
Okunma
Canım çıxar səni özüm sevərəm,
Sevməyənlər heç sevməsin,qara qız.
Qəm eləmə canım gözüm,sevərəm,
Tək ölümdür bulunmayan çara,qız.
Alışaram atəş olub,yan desən,
Min deyərəm bircə dəfa can desən,
Paşa desən,sultan desən,xan desən,
Gələr gedər baxma pula,vara,qız.
Allah verər baxmaz ağa,qaraya,
Baxtı açar qırx otaqlı saraya,
Alma atsan məni də qoy sıraya,
Bəyənməsən çək əlinlə dara,qız.
Sanma hələ sarışına bənd məni,
İstə şəkər,istə noğul qənd məni,
Qoy qınasın oba,oymaq,kənd məni,
Alım gedək nərələrdən nərə,qız.
<>
5.0
100% (1)