1
Yorum
2
Beğeni
5,0
Puan
664
Okunma
Avqustun
skleroz gecələrindən
birisi...
sayrışan ulduzlarıyla
pəncərəmin camlarında
tıxanıb qalmış.
Sol qulağım
böcəklərin səsinə
alışıq,
sağ qulağımda
pambıq tamponu.
Orhan Pamuku
oxuyuram.
Sənin adın
qırmızıymış...
şükür allaha ki,
mavi deyilmiş-
mızıldanıram
kəndi-kəndimə.
Balkonun taxtaları
tappıldayır
sağ qulağımda...
kediymiş...
Başqa nə olabilir ki.
Dinşəyirəm dışarını...
ekran önümdə
səs küydən titrəyir.
Dünya savaş içində.
qatillər,polislər,
siyah ğeyimdə
pədərlər...
Hər kəs bir birinə
bənzəyir.
Riçard Girin
oğraş suratına baxıram
84 ekrandan.
Əlində tapança,
sanki siqara tutmuş
barmaqları arasında.
Atəş...
Orhan Pamuk
əlimdən düşür...
heç qaldırmasaydım...
adını nə qoyursan
qoy,
dünya elə
həmin dünyadır,
Girin tapançasının
lüləsi boyda,
suratı da onunku
kimi...
"bu gece kehkeşan
gibiyim,
tüm kayan yıldızlar
benden geçer
bu gece".
Dodaqlarımın ucunda
oyalanan şarkı
sözünə bənzəyir
ağlımdakı kəlmələr.
Deyəsən yuxulamışam.
5.0
100% (1)