2
Yorum
3
Beğeni
5,0
Puan
850
Okunma
Sözün qılıncını daşa çəkən yox,
Qaldırıb ayaqdan başa çəkən yox,
Bir dünya yükü var,qoşa çəkən yox,
Yorulub meydanda hamı tək qalıb.
Küfrü ibadətdi meyxanələrin,
Ağıldan qəhr olmuş divanələrin,
İtib etibarı pərvanələrin,
Qanadı qırılıb,şamı tək qalıb.
Vələdin peyvəndi cırına calaq,
Bəbəkdi tüplərdə bir damla "aləq",
"... bi ismi rabbikə əlləzi xaləq",
Əlifi pozulub,lamı tək qalıb.
Həyat burulğandı ən ortasında,
Kim hansı basında,mən ortasında,
Bu qoca dünyanın tən ortasında
Dədəm Ələmdarın damı tək qalıb.
*
5.0
100% (1)