3
Yorum
1
Beğeni
5,0
Puan
1167
Okunma
Kaş ki yağış yağaydı,
Günahlarmı yuyaydı,
İçimdəki nisgilimi,
ahlarımı yuyaydı.
Alaydı ürəyimdən
bu səfeh diləkləri,
Yağaydı narın-narın,
yuyaydı küləkləri.
Qoca qarı qapanıb,
qapanıb komasına
Corab toxuyan təki
oğlunun balasına,
Allah torba toxudu
Mən bəxti qarasına.
Gecə-gündüz hey yudum
Göz yaşımla bəxtimi,
Bəlkə çıxa qarası.
Mən susuram,siz deyin,
Mənə düşən bəxtdimi?!
Yoxdu dalı, qabağı,
Bilinmir heç harası.
Heç olmasa bir dəfə
gülə üzümə Allah,
Aça qulaqlarını,
Dinə sözümə Allah.
Al sənin olsun canım,
Dəymə qızıma, Allah.
5.0
100% (2)