1
Yorum
3
Beğeni
5,0
Puan
896
Okunma
Zaman ötürmüşdü
mevsimlərdən üçünü,
dördüncüyə gəbəydi.
Saralmış yapraqları
gömmüşdü toprağın
çamurlarına,
bir az da qar
çiləmişdi üzünə.
Nəfəslərin hovultusundan
soyuq buğ qalxırdı-
duman kimi,
odun sobalarının
tüstü dumanıydı sanki-
burum burum...
Bir mavilik axırdı
günəşin bulutları
yarıb geçən zərrələrindən
kirpiklər arasına,
hər şey maviyə
bürünmüşdü:
geçib gedən
insanların sıfatı,
uzunsov qafaların
qoxumuş ağılları,
Tanrıya açılan
ovucların içi...
Divarlar da
maviyə çalırdı,
arxasından baxan
gözlərin də
rəngi maviydi,
bu günün bir rəngi
varıydı-MAVİ.
Lutun uyardığı
kişilərin əxlaqından,
dəhşətli məhbəslərin
soyuq köşələrindən,
"yootubun" həvəslə
izlənən səhifələrindən
sızıb gəlmiş
sokaklara.
Axşamın də dodaqları
azacıq qaçmışdı bu gün,
saklı yerlərin
oyunçaqsız oyunlarına,
xəyalgir şahların
məzələrinə,
hal dəyişən ehtirasların
nadincliyinə.
Tanrının rəngiydi
bu gün MAVİ...
Necə də soyuq
günüydü bu gün.
Ayaq barmaqlarımın
ucunda saxtanın
sızıltısı,
əl barmaqlarımın
ucunda taxta
sandalyanın buz təması...
VƏ
ixtiyar çayçının
mantoma dağıtdığı
beş on damla
qara çayın peşmanlığı.
Yazıq hırsından
tüpürməyə də
yer bulabilmir.
Boş ver,ixtiyar!
Suratına tüpürüləsi
yüzlərlə qəhbə
qədərlər varıykən,
beş on damlanın
sözü mü olur?!
Sokağı seyredirəm,
başarısız bir rəssamın
palitrasında rənglərin
ürəkbulandıran qarışığı...
SOKAK
bir xəbərdən diksinir-
intihar etmiş birisi,
rəngindən dolayı...
"Allahım,rəngimizə şükür"-
deyirəm!
Dün gecə bayquş da qənd aparmışdı,
Köpək ulamışdı sokak başında.
Tanrıdan izinsiz,bəlkə xəbərsiz,
Əzrail oturmuş elçi daşında.
Bir məzar boyutda cana susamış,
Üsyan püskürürkən qüsurlarına.
Şükürsüz əyləmin inadına,o
Gəlib əl qoymuşdu həyat varına.
Boynunda həmayil-ölüm ilgəyi,
Torpağa sallanmış günahkar bədən.
Səksiz bir qüdrətin xətası mı,ah,
Taleyin rəngi mi ölümə nədən.
Nöqsan mı,xislət mi...
Bir Allah bilir,
Bəzən eyni qarın fərqli doğarmış.
Bizim sandığımız fərqliliklərın,
Tanrı dərgahında səbəbi varmış!
5.0
100% (3)