1
Yorum
3
Beğeni
5,0
Puan
888
Okunma
İsmimi sorarsınız,
Milyonlardan biriyəm.
Bircə loxma bəsimdir
Acıxdımsa kiriyəm.
Hələ canım suludu,
Hələ varam,diriyəm.
Aldırmasın bu könül,
Təntiməsin yaş,deyin,
Mənə şair deməyin,
Mənə vətəndaş deyin.
Gün apardı dənimi,
Qovrulmayır qorğası,
Zamana süvar oldum,
Yordu məni yorğası,
Hesabsız xətalarım
Qulağımın sırğası.
Qəbahətim,qüsurum
Duyulur,yavaş deyin,
Mənə şair deməyin,
Mənə vətəndaş deyin.
Çəkingənəm,bu halim
Uğurumu korladı,
Bakirə qədərimi
Həyat bivaxt zorladı,
Yemədim,pətəyimdə
Balım qaldı,xarladı.
Ərk eləyin,varımdı
Gözüm üstə qaş,deyin,
Mənə şair deməyin,
Mənə vətəndaş deyin.
Tiranlar öldü getdi,
Zülm,zillət bitmədi,
Üzümdən köləliyin
Qaraları getmədi,
Bir çimi çevirməyə
Fərasətim yetmədi.
İnsan oldum,nə fayda...
Torpaq deyin,daş deyin,
Mənə şair deməyin,
Mənə vətəndaş deyin.
*
5.0
100% (2)