1
Yorum
1
Beğeni
5,0
Puan
702
Okunma
Şərqdən gəldik axın axın,
Qürurumdu uzaq,yaxın,
Açın tarixlərə baxın
fəsil fəsil,
Türk oğluyam,
Türkəm,əsl türk oğluyam.
Təbriz soylu dədələrim,
Bir az Xoylu dədələrim,
Oğuz boylu dədələrim,
Nəsil nəsil Türk oğluyam,
Türkəm,əsl Türk oğluyam.
Ömrum günüm at üstündə,
Kökəm,bitdi ot üstümdə,
Dünya yeddi qat üstümdə,
Neçə misil Türk oğluyam,
Türkəm,əsl Türk oğluyam.
Əsilim,zatım,
Şanlı həyatım,
On iki qatım
Fəxarətimdir.
Saysız nəfərim,
Sonsuz səfərim,
Dünya zəfərim
Cəsarətimdir.
Quran sünnətim,
Zəka zinətim,
Savaş sənətim
Məharətimdir.
5.0
100% (1)