1
Yorum
1
Beğeni
5,0
Puan
555
Okunma
Özünü toxuma daşa,divara,
"As" dı qazanacaq, girsən qumara,
İstər bəzirgan ol,istər avara,
Nə mənə, nə sənə qalandı dünya,
Yalandı,yalandı,yalandı dünya.
Arı pətəyində şanını sorar,
Zəlidi,zövq ilə qanını sorar,
Əlbət,bir gün dönüb canını sorar,
Verdi mi,verdiyin alandı dünya,
Yalandı,yalandı,yalandı dünya.
Bitirır topraqda dəni,tovlayıb,
Dağından endirir çəni,tovlayıb,
Beş arşın beziylə səni tovlayıb
Üç arşın quyuya salandı dünya,
Yalandı,yalandı,yalandı dünya.
Şərbət,şəkərini qısanda acı,
İçəndə şirindi,qusanda acı,
Deməsən də acı,desən də acı,
Boşalıb özü də dolandı dünya,
Yalandı,yalandı,yalandı dünya.
*
5.0
100% (1)