1
Yorum
1
Beğeni
5,0
Puan
623
Okunma
Üfüqlər durub yerində,
Günəşin qürub yerində,
Gönlümün qərib yerində
Bir sevda var sənin için.
Sükutumdan qopur səda,
Umutlarım,di əlvida,
Bu son görüş,bu son vida,
Bu son qubar sənin için.
İllər baxmayacaq yaşa,
Mövsümlər çıxacaq başa,
Götürəcək bizi qışa,
Yağacaq qar sənin için.
Təqvimlərdən qopan varaq,
Sənə xəbər sənə soraq,
Bu son gediş,bu son duraq,
Bu son qatar sənin için.
*
5.0
100% (1)