1
Yorum
2
Beğeni
5,0
Puan
1131
Okunma
(sonbahar şiirləri)
Hazan oldu,gönlüm yeri daraldı,
Bizim köyün elmaları saraldı,
Gözüm bakdı yollarına qaraldı...
Dönər misin,gələr misin,Sarışın,
Sevdiyim sən,bilər misin,Sarışın.
Bu dağların sanki,qarı gümüşdən,
Saray tikdim,damı yarı gümüşdən,
Kəmərinin halkaları gümüşdən,
Nazik belə sarar mısın,Sarışın,
Məni bari sorar mısın,Sarışın.
Ha sevsəm də çəkə çəkə dərdini,
Öldürəməm gözlərimin qurdunu,
Öylə şey ki,gönül istər ardını,
Sınamışam neçə kərə,Sarışın,
Baka baka,görə görə,Sarışın.
Var aşkına öldürürsən acından,
Bircə qismət pay verəsən
ucundan,
Bəbəyinəm qoyma yerə
qucundan,
Kövrəlmişəm,ağl ayaram,Sarışın,
Çocuklukdan son
baharam,Sarışın .
Nə sevdalar ömrün ahıl çağında,
Bişirirəm ürəyimin yağında,
İtib getdi saçlarımın ağında,
Sən bildiyin arzu,həvəs,Sarı şın,
Bu qədəri deyilmi bəs,Sarışın.
*
5.0
100% (2)