1
Yorum
1
Beğeni
0,0
Puan
1076
Okunma
Büdrəyir yorulmuş ayaqlarımız,
Dağa duman düşür,düzə çən
düşür.
Sınırlarda bitən yollar
görəndə,
Yadıma bölünmüş bir Vətən
düşür.
Kabuslar astadan çağırır məni,
Bir addım geriyə boylanıram,ah.
"Mən","mən" deyənlərin
acizliyindən,
Getdi dədələri gömdüyüm topraq.
Şərəfdən namusdan dəm
vurduq,yetər,
Sərhəddi düşmənə açan biz olduq.
Yüyənsiz at kimi tarixlər boyu,
Elədən beləyə qaçan biz olduq...
Eninə boyuna qoca tarixi,
Bəzən qarış qarış gəzməyim gəlir.
Qəbirdən çıxarıb dədələrimi
Kurşuna,mərmiyə düzməyim
gəlir.
Vicdanı,namusu tamaha satıb
Siz siz olmadınız mən mən
olmağa.
Uyub nəfsinizə siz,bu toprağı
Niçin qoymadınız Vətən olmağa.
Şəhidlər verəcək hələ bu topraq,
Hələ çox məzarlar qazılacaqdır.
Özgürlük uğrunda savaşanların
Tarixi yenidən yazılacaqdır.
*