0
Yorum
1
Beğeni
5,0
Puan
881
Okunma
Yorulmuş yabını qovmayın,yetər,
Yorulmuş yabıya nalı da yükdür.
Ağzının köpüyü gəmindən axır,
Boynuna bir əlçim yalı da yükdür.
Kəsəkli yolları o baş bu başa
Sırtında nə qədər yük çəkmiş
yazıq.
İxtiyar yaşında halı pərişan,
Hələ minilməyə gərəkmiş yazıq.
Yüyəni dartılıb cilovlandıqca
Cəfası cəngində yara bağlamış.
Əzabın rəngini culundan alıb
Allah taleyinə qara bağlamış.
Sırsıra yalında buz bağlayanda
Sıcaq köşələrdə yatırdı millət.
Kimsə noğul yeyib şərbət içəndə,
Başını samanla qatırdı millət.
Bir qarın çörəyə qaçdı yolları,
Duyduğu nəvaziş bircə "dəh"
oldu.
Vaxtında yetsə də mənzil başına,
Yenə də danlandı o, "əbləh" oldu.
Arıq yanbızında qamçı izləri,
Döyüldü,söyüldü ,dinə bilmədi.
Pisliyi unutdu mənzil başında,
Ancaq yaxşılığı dana bilmədi.
Allahdan rəva mı,
dilsiz ağızsız
İxtiyar yabıdır,
qovmayın yetər.
İllərdi dartınır umudlarına...
Bir gün bu yollar da sonuna bitər.
Bir gün bu yollar da sonuna bitər,
Bitər yabıların iztirabları.
Dartar öz yükünü şərəflə,şanla,
Dönər ləyaqətlə evinə sarı.
*
5.0
100% (1)