Bir kimseyi sahip olmadığı sıfatlarla övmek, onu kibarca yermek demektir. cemil sena
Vahid Sabah
Vahid Sabah

İLK BAHAR EPİZODLARI

Yorum

İLK BAHAR EPİZODLARI

( 2 kişi )

1

Yorum

1

Beğeni

5,0

Puan

804

Okunma

İLK BAHAR EPİZODLARI


(kısa)

...
Bizim Güllü nənəmiz corabını
toxuyur,
Sarısoltan şövqnən nəğməsini
oxuyur,
Xiyabanlar, bağçalar necə gözəl
qoxuyur...
Geçir soyuq,geçir qış,yaz
gəlir,bahar gəlir,
Cərgə cərgə düzülüb yenə
durnalar gəlir.

Bənövşələr görünür kolların
arasında,
Bax,yarpızlar göyərir arxların
tirəsində,
Sular coşub çağlayır
bəndində,bərəsində...
Küləklər cuşa gəlib otları sığallayır,
Erkən qalxan çobanlar atları
sığallayır.

Alçalara göz düşüb,babam durub
keşikdə,
Kiçik bacım yelləyir qardaşımı
beşikdə,
Özgə hava var indi bizim
evdə,eşikdə...
Nar ağacı qızarır,məhsulun üzü
gəlir,
Evimizə bərəkət,bolluca ruzi gəlir.

...
Axşam oldu,gəlmədi nobatdan ağ
danamız,
Ruzimiz,umudumuz,nehrədə yağ
danamız,
Yığır süfrə başına hamımızı
anamız,
Kasalarda buğlanır bişirdiyi
xörəyi,
Ətir yayır hər yana tazə buğda
çörəyi.

Gözəl gözəl qızların ətəkləri
yellənir,
Cavanlar cuşa gəlib
lovğalanır,şellənir,
Əmimoğlu dözməyib dədəsinə
dillənir:
-Ay dədə,vaxtım geçir,filankəsi al
mənə,
Axı,gülür camaat,gülür el,mahal
mənə.

Qızlar yaman sataşır qonşu qızı
Hürüyə,
Yazıq qızı qoymurlar ağlamaqdan
kiriyə.
-Nişanlısı təptəzə yaylıq almış
Pəriyə.
Sən də oğlandan ay qız,təzə
dikdaban istə,
Almazsa,bir də getmə axşamlar
bulaq üstə.

...
...
Ağcanın da qızına elçi gələn
olarmış,
Yazıq qız işləməkdən kömür kimi
qaralmış,
Anası alverçidən dünən təzə don
almış,
Baxt açana min şükür,açdı qızın
baxtını,
Kirvələri söz verib alsın cehiz
taxtını.

...Sabahdı.Günəş doğur üzü qəşərə
sarı,
Ləzgilərin itləri cumur kəhərə sarı.
Döndərirəm kəhəri üzü köbərə
sarı...
Balığın iyi gəlir hələ
düzdən,düzəndən,
Bizə də nasib olar
axçalıdan,sazandan.

Havasına,suyuna qurban olum bu
yerin,
Buranın yazı isti,buranın qışı
sərin,
Əlini sixar hər kəs ürəyi
təmizlərin...
Vahidin də yadına düşər geçən
günləri,
Sızlar xatirələrdə quş tək göçən
illəri.
*

Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (2)

5.0

100% (2)

İlk bahar epizodları Şiirine Yorum Yap
Okuduğunuz İlk bahar epizodları şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
İLK BAHAR EPİZODLARI şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Işık  Mehmetali
Işık Mehmetali, @isikmehmetali
12.3.2013 22:33:54
5 puan verdi
.
Bizim Güllü nənəmiz corabını
toxuyur,
Sarısoltan şövqnən nəğməsini
oxuyur,
Xiyabanlar, bağçalar necə gözəl
qoxuyur...
Geçir soyuq,geçir qış,yaz
gəlir,bahar gəlir,
Cərgə cərgə düzülüb yenə
durnalar gəlir.
*
Bənövşələr görünür kolların
arasında,
Bax,yarpızlar göyərir arxların
tirəsində,
Sular coşub çağlayır
bəndində,bərəsində...
Küləklər cuşa gəlib otları sığallayır,
Erkən qalxan çobanlar atları
sığallayır.
*


Çok güzeldi beyitler severek okudum hocam,
Yüreğine sağlık
Selamlar.............
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL