1
Yorum
1
Beğeni
5,0
Puan
841
Okunma
Ey saqi,mən nə etdim,cavankən
bağrı qan oldum,
Eyş-işrətlə gün keçirdim,hər
kimsədən nihan oldum.
Nəbakara lənət olsun,etdi axır
bədbəxt məni,
Dərk etmədim bu
dünyanı,fitnələrə qurban oldum.
Ömrün,günün ləzzətini əyyaşlıqda
gördüm,heyhat,
Şan şövkətli tacir idim,axır gəlib
sərban oldum.
Sən süzdükcə mən də
içdim,unutdum dərdləri böylə,
Sərxoşam ki,dünyada mən
meynaba pasiban oldum.
Fəna işlərə qarışdım,puç etdim
ömrümü,Vahid,
Bir də gördüm ömrüm
keçib,ağladım,peşiman oldum.
5.0
100% (1)